Hüquqi bildiriş

CURADEN AG
Amlehnstrasse 22
6010 Kriens
Tel.: +41 (0) 41 319 45 00
Fax: +41 (0) 41 319 45 90
E-mail: info@curaden.ch

Biznesi təsdiqləyən sənədin nömrəsi (UID): CHE‑105.801.551
VÖEN: CHE‑105.801.551-MWSt
 

Dizayn, Mətn və Tətbiq

CURADEN AG
 

Dizayn, Mətn və Tətbiq

1 Ümumi məlumat
2 Müəlliflik hüququ və marka qorunması
3 Üçüncü tərəf saytları üçün məsuliyyət daşımır
4 Bu veb-saytın məqsədi və məzmunu
5 Zəmanət yoxdur
6 Məsuliyyətin məhdudlaşdırılması və istisna edilməsi
7 Məlumatların qorunması
8 Yekun müddəalar, tətbiq olunan Qanun və Hakimiyyət
9 Əlaqə

Versiya: 29 May, 2018

1) Ümumi məlumat

Sizi CURADEN AG ("CURADEN") saytında salamlayırıq. Saytımızın, istifadəçilər üçün hər zaman cəlbedici, məlumatlı və təhlükəsiz olmasını təmin etmək üçün bir neçə qaydalar tətbiq etdik. Veb saytımızın bir istifadəçisi olaraq, aşağıdakı hüquqi məlumatları diqqətlə oxuyun. Bu veb səhifəyə daxil olmaq və istifadə etməklə, İstifadə Şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. İstifadə şərtlərini qəbul etməsəniz, veb saytımdan istifadə etməyinizdən çəkinin.

Veb-saytın istifadə şərtləri, Müəyyənləşdirilmiş Siyasət və İnternet Mağazasının ÜİŞ-ni online mağazası zaman-zaman uyğunlaşdırıla, əlavələr oluna və ya dəyişdirilə bilər. Veb sayta hər dəfə daxil olunduğu zaman yuxarıda göstərilən sənədlərin son versiyaları tətbiq edilir. Veb saytda bu sənədlərə etdiyimiz hər hansı əhəmiyyətli dəyişikliklər, habelə müddəaların yenilənmiş versiyası barədə sizə bildiriş və ya mobil tətbiqləriniz vasitəsilə məlumat verəcəyik.
Bu İstifadə Şərtləri və CURADEN-in digər müqavilə şərtləri arasında hər hansı bir ziddiyyət yarandıqda, xüsusi müddəalar; məsələn, gizlilik / məlumatların qorunması məsələlərində gizlilik siyasətinə üstünlük veriləcəkdir.

2) Müəlliflik hüququ və marka qorunması

Səhifədə yerləşdirilən məlumatlar, mətnlər, şəkillər, fotoşəkillər, dizaynlar və veb-saytımızın digər bütün faylları qanunla qorunur. Başqa hallarda, bu cür məlumatların müəllif hüquqları, ticarət nişanlarının qorunması, CURADEN və ya onun lisenziyalarına malikdir. Sizə saytda yerləşdirilmiş məlumatları öz veb saytınıza və ya verilənlər bazasına yükləmək, nüsxəsini çıxarmaq, tərcümə etmək üçün heç bir haqq verilmir.

Maddələr yalnız məlumatlanma məqsədi üçün sərbəst istifadə edilə bilər. Məlumatların şəxsi və qeyri-kommersiya məqsədləri üçün icazə verilə bilən hər hansı formada (elektron və ya yazılı), tamamilə və ya qismən nüsxəsi çıxarıldıqda, mənbə açıq şəkildə qeyd edilməli və müəllif hüquqlarının və digər intellektual mülkiyyət hüquqları qeyd olunmalıdır.

3) Üçüncü tərəf saytlar üçün məsuliyyət daşınmır

CURADEN veb saytında üçüncü tərəflər tərəfindən yaradılmış və digər veb saytlara keçidi olan hiperlinklər ola bilər. CURADEN üçüncü tərəf saytlarına nəzarət etmir və buna görə də belə saytların məzmununa görə məsuliyyə daşımır. Hiperlinklərə daxil olmaqla, CURADEN sadəcə əlaqəli saytlara çıxış təmin edir və orada olan məzmunla bağlı heç bir məsuliyyət daşımır.

4) Veb-səhifənin məqsədi və məzmunu

Veb səhifə özündə, CURADEN məhsulları haqqında ümumi məlumatlar, reklam məzmunu və təsvirləri ehtiva edir. Bu cür məlumatlar və təsvirlər yalnız məhsul çeşidinin göstəricisidir, və buna görə də hər hansı bir [xüsusi] mal və ya xidmət təklif etmək üçün bağlayıcı təkliflər və ya tələblər təşkil etmir. CURADEN Online Mağazasında edilən bütün e-ticari təklifləri qeyri-vacibdir.

5) Zəmanət yoxdur

CURADEN bu veb-saytdakı məlumatların düzgünlüyünü təmin etmək üçün tədbirlər görür, lakin məlumatlar toplusunu, tamlığını və düzgünlüyünü və ya xüsusiyyətlərini, hiperlinklərini və məzmununu təmin etmək üçün hər hansı bir zəmanət və ya təminat verməyə qadir deyildir.

6) Məsuliyyətin məhdudlaşdırılması və istisna edilməsi

Bu veb-səhifədə göstərilən bütün məlumatlar, səhifələr və xüsusiyyətlər CURADEN tərəfindən müvəqqəti və ya daimi olaraq dayandırıla bilər.

CURADEN şirkəti özünə və ya işçilərinə, qanuni nümayəndələrinə və ya müvəkkil agentlərinə aid itki və ziyana və habelə ümumi səhlənkarlıq və ya qəsdən davranış nəticəsində yaranan zərərə görə “Məhsul məsuliyyətinə dair Qanun” əsasında məsuliyyət daşıyır.

7) Məlumatların qorunması

Gizliliğinizi qorumaq bizim üçün vacibdir. Şəxsi məlumatlarınızı necə idarə edildiyini görmək üçün İstifadə Şərtlərinə əsaslanan fərdi məlumatların qorunması qaydalarını oxuyun. (Məlumatların qorunması bəyanatı)

8) Yekun müddəalar, tətbiq olunan Qanun və Hakimiyyət

Bu İstifadə Şərtlərinin hər hansı fərdi müddəa və ya hissələri etibarsız olduqda, qalan İstifadə Şərtləri etibarlılığını itirəcəkdir.

Bu İstifadə Şərtləri Beynəlxalq malların satılmasına dair müqavilələr üzrə BMT Konvensiyasını istisna etməklə ("CISG") İsveçrə qanunları ilə tənzimlənir.

İşin icra edilmə yeri Kriensdir. Buna baxmayaraq, CURADEN Müştərinin yaşayış yeri və ya hər hansı digər səlahiyyətli məhkəmədə Müştərini məhkəməyə vermək hüququna malikdir.

9) Əlaqə

Bu İstifadə Şərtləri ilə bağlı hər hansı bir sualınız varsa, zəhmət olmasa buraya yazın. Curaden AG, Amlehnstrasse 22, 6010 Kriens, Tel.: +41 (0) 41 319 45 00, Fax: +41 (0) 41 319 45 90, E-mail: info@curaden.ch.

Hüquqi məlumat

Curaprox Azerbaijan/Periooss.az LLC
Baku
Azerbaijan
Tel: +994 12-409-10-20
Mob: +994 50-371-72-73
E-poçt: vafa.ahmadova@periooss.az

Bizim ümumi şərtlərimiz bütün sifarişlərə tətbiq edilir. Hər hansı bir təklifiniz, tənqidləriniz və ya tərifləriniz varsa, xahiş edirik ünvanına göndərəsiniz. Buna baxmayaraq, biz xarici yazıların məzmunu üçün heç bir məsuliyyət daşımırıq. Məsuliyyəti yalnız saytlara bağlı operatorlar daşıyırlar.